Lerikdə festival

7
Lerik rayonundakı turizm və istirahət mərkəzlərinin birində uzunömürlülərin yaradıcılıq festivalı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Astara, Lənkəran, Lerik, Yardımı, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Balakən və İsmayıllı rayonlarının folklor kollektivləri, xalq tətbiqi sənətinin biliciləri, respublikanın tanınmış mədəniyyət və incəsənət ustaları iştirak ediblər.

Müstəqil Azərbaycanın tarixində ilk dəfə keçiriləcək bu festival respublikamızın uzunömürlülər diyarı kimi təbliğ edilməsi, ahıl insanların yaradıcılıq potensialının üzə çıxarılması və stimullaşdırılması, regionlararası mədəniyyət mübadiləsinin gücləndirilməsi məqsədini daşıyıb.

Festival zamanı uzunömürlülər barədə prezident İlham Əliyevin Lerik rayonuna səfəri çərçivəsində üzünömürlülər muzeyinin açılış mərasimi ilə bağlı video-çarx, uzunömürlülərdən bəhs edən “Nəvəmin nəvəsinin nəvəsi” bədii filmi, “Əsrə sığmayan həyat” sənədli filmi nümayiş etdirildi.

Festivalda yaşı 70-dən yuxarı olan ahıl insanlar bir sıra janrlarda – mahnı və muğam ifaçılığı, aşıq musiqisi, rəqs, sənətkarlıq, təsviri və tətbiqi sənət üzrə bacarıqlarını nümayiş etdiriblər.

Uzunömürlülərin yaradıcılıq festivalı çərçivəsində həmçinin plov müsabiqəsi də keçirilib. Azərbaycan Milli Kulinariya Assosiasiyası və Milli Kulinariya Mərkəzinin təşkil etdiyi müsabiqədə iştirakçı rayonların hər biri üç növ plov nümayiş etdiriblər.

Tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət ustalarının və festival iştirakçıları olan rayonların folklor kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Xalq artistləri Canəli Əkbərovun, Teymur Mustafayevin, əməkdar artistlər Zakir Əliyev, Səbuhi İbayevin, Lerik rayonunun “Rəfti”, Astara rayonunun “Əvəsor”, Lənkəran rayonunu “Nənələr”, Masallı rayonunun “Halay” folklor kollektivlərinin çıxışları da tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

Festivalda fərqlənən şəxslərə təşkilat komitəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.

 

10 9 11 12 13 14 15 16 17