Lerikdə vətəndaşlarla səyyar görüş

Lerik

Rayon icra hakimiyyəti başçısı, aidiyyəti idarə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Noda kənd inzibati ərazi dairəsində vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.

XALQ.AZ xəbər verir ki, rayon icra hakimiyyəti başçısı çıxış edərək qeyd etdi ki, Bütün sahələrdə inkişaf edən respublikamızın timsalında rayonumuzun siması da gündən-günə dəyişir. Yeni məktəb binaları tikilir, kənd yolları yenidən qurularaq asfaltlaşdırılır. Tikinti-quruculuq işləri artıq şəhər hüdudlarını aşaraq, ucqar dağ kəndlərinə keçmişdir. Belə genişmiqyaslı işlər ancaq iqtisadi potensialı yüksək olan ölkələrdə mövcuddur. Sizin təklifləriniz əsasında ərazinizdə müəyyən işlər görülmüşdür. Noda kəndində su probleminin həlli ilə bağlı artezian quyusu qazılmış, 50-ci km avtomobil magistral yolundan kəndinizə asfalt yolu çəkilmişdir. Bilnə kəndində ibtidai məktəb üçün yeni bina tikilmiş, Noda kənd tam orta və Babagil kənd ibtidai  məktəbi əsalı təmir edilərək istifadəyə verilmişdir. Elektrik xətlərində təmir-bərpa işləri görülmüşdür. Ümumiyyətlə rayonun elektrik təsərrüfatında ciddi problemlərimiz var. “Azərenerji” ASC-ə müraciətlər olunsa da, hələlik, bu barədə heç bir köməklik göstərilməmişdir. Modul elektrik stansiyası istifadəyə verildikdən sonra rayonumuzda elektrik enerjisi istehsal olunacaq. Həmin stansiya həmçinin Yardımlı rayonunu da elektrik enerjisi ilə təmin edəcəkdir. Dövlət Proqramında da elektrik xətləri ilə bağlı tədbirlər əksini tapmışdır. Elektrik təsərrüfatının tamamilə yenilənməsi böyük dövlət layihəsidir. 50 yaşayış məntəqəsini birləşdirən Noda – Şingədulan – Xanagah yolunun tikintisi sürətlə davam etdirilir. Cənab Prezidentimiz yolun asfaltlaşdırılmasına əlavə olaraq 7 milyon manat maliyyə vəsaiti ayırmışdır. Belə yerli əhəmiyyətli yolların tikintisi həm avtomobillərin rahat hərəkət etməsi, həm kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasının asanlaşması, həm də turizmin inkişafı deməkdir. Bütün sadaladığım amillər bütövlükdə rayonun iqtisadiyyatının güclənməsinə xidmət edəcəkdir. Daxili imkanlar hesabına kəndara yollara diqqət ayırmışıq. Noda və Günəşli kəndinin hər birində daxili yolların 1 km-dən çoxuna asfalt döşənmişdir. Noda kənd sakinlərinin müraciətini nəzərə alaraq kənd qəbiristanlığının abadlaşdırılmasına, hasara alınmasına rayon icra hakimiyyəti tərəfindən köməklik göstərilir. Rayonun 40-a yaxın yaşayış məntəqəsində vətəndaşlar təbii qazdan istifadə edir. Digər kəndlərin də qazlaşdırması istiqamətində aidiyyəti orqanlarla tədbirlər aparılır. Bundan sonra da rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində işlərimizi davam etdirəcəyik.
Daha sonra rayon icra hakimiyyəti başçısı kənd sakinlərini dinlədi.

Noda kənd sakinləri Mirzəyev Bağı, Ağayev Fizuli, Əliyev Rüfət, Bilnə kənd sakinləri Zəkiyev Babalı, Hacıyeva Mənsurə, Qənbərov Fuad və başqaları çıxış edərək Noda-Şingədulan-Xanagah yolunun tikintisi ilə bağlı cənab Prezidentə minnətdarlıqlarını bildirdilər. Noda və Bilnə kəndlərinin telefonlaşdırılması məqsədi ilə ATS-in qurulması, qaz xəttinin çəkilməsinə elektrik xətlərinin təmir edilməsinə köməklik göstərilməsini xahiş etdilər. Rayon icra hakimiyyəti başçısı verilən təklif və qaldırılan problemlərin operativ həll edilməsi üçün aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verdi.