Leyla Əliyeva uşaqları sevindirdi – FOTOLAR

İyunun 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində və Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində olub.

XALQ.AZ  xəbər verir ki, əvvəlcə 4 nömrəli internat məktəbinə gələn Leyla Əliyeva burada uşaqlarla görüşüb, onlar üçün yaradılan şəraitlə tanış olub.

Leyla Əliyeva müəssisədəki uşaqlarla söhbət edib, onların əl işlərinə baxıb, fəaliyyət göstərən dərnəklərlə maraqlanıb.

İnternat məktəbinin sakinləri Leyla Əliyevaya öz bacarıqlarını nümayiş etdiriblər.

Müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Daha sonra Leyla Əliyeva Nizami rayonunda yerləşən 3 nömrəli internat məktəbinə gəlib.

Bu məktəbə də Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Leyla Əliyeva internat məktəblərində oldu -FotoLeyla Əliyeva internat məktəblərində oldu -FotoLeyla Əliyeva internat məktəblərində oldu -FotoLeyla Əliyeva internat məktəblərində oldu -Foto

 

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.