Leyla Əliyevanın dəvəti ilə Bakıya gəlirlər

Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

 

Bu barədə XALQ.AZ-a Gənclər və idman nazirliyindən məlumat verilib.

Bildirilib ki, hər il Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri təşkil edilir.

 

Bu il də ənənəvi olaraq, 24-29 iyul 2018-ci il tarixlərdə nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.

 

Şəfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın mədəniyyəti, elmi və tarixi ilə tanış olacaqlar, bir sıra dövlət və qeyri-hökumət təşkilatların nümayəndələri ilə görüşəcəklər.