Leyla Əliyeva müalicə alan uşaqlarla görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub.

XALQ.AZ xəbər verir ki, Leyla Əliyevaya müəssisə barədə məlumat verilib.

Bildirilib ki, 1944-cü ildən fəaliyyət göstərən institut hazırda üç hissədən ibarətdir: klinika, mərkəzi qan bankı və elm bölməsi. Klinikanın tərkibinə böyüklər üçün iki hematoloji şöbə, uşaq hematologiyası, reanimasiya və intensiv terapiya, konsultativ poliklinika, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktikası şöbələri daxildir.

Leyla Əliyeva institutun mərkəzi qan bankında da olub. Bank donor qanının tədarükü, işlənilməsi, yoxlanılması və paylanması ilə məşğul olur. Mərkəzi qan bankının respublikada 8 bölməsi fəaliyyət göstərir. Burada nikaha daxil olan şəxslər talassemiyalara görə müayinədən keçirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti burada müalicə alan uşaqlarla görüşüb, onlarla söhbət edib.

Leyla Əliyeva uşaqların səhhəti, müalicəsi zamanı istifadə edilən üsullar ilə maraqlanıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti tibb ocağında müalicə alan uşaqların tezliklə sağalmalarını arzulayıb.

Orxan

Comments are closed.