Leyla Əliyeva şiddətə məruz qalan qadınlara dəstək oldu – VİDEO

Bakıda qadın zorakılığından bəhs edən maraqlı videoçarx lentə alınıb.

Modern.az xəbər verir ki, sosial layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə “Baku Medica Center” və “Var- Yox” tərəfindən hazırlanıb.

“Üstü örtülən şiddət bir sonrakının başlanğıcıdır. Hər bir Azərbaycan qadını öz hüquqlarını bilməli, hüquqlarını qoruya bilmədiyi təqdirdə çarxda qeyd olunmuş qurumlarla əlaqə saxlamalıdır”, – deyə layihənin tanıtımında qeyd olunub.

Leyla Əliyeva videoroliki instaqram səhifəsində paylaşaraq qadın zorakılığına qarşı çıxıb. 

Layihədə #susma həştaqından da istifadə olunub.

XALQ.AZ