Leyla Əliyeva sosial şəbəkədə nə yazdı?

leyla

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xalq artisti Məbud Məhərrəmovu ad günü münasibətilə təbrik edib.

XALQ.AZ-ın məlumatına görə, bu barədə Leyla Əliyeva İstaqram hesabında yazıb.

“Azərbaycanın xalq artisti, sevimli, istedadlı aktyorumuz Məbud Məhərrəmov, ad gününüz mübarək olsun! Sizə həyatda və yaradıcılığınızda uğurlar arzulayıram”, – deyə L. Əliyeva bildirib.

Qeyd edək ki, Məbud Məhərrəmov 1957-ci il martın 12-də anadan olub. O, 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. Həmin ildən etibarən Səməd Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynayıb, bir çox filmlərdə çəkilib.

M. məhərrəmov 2000-ci ildə Əməkdar Artist, 2006-cı ildə isə Xalq Artisti fəxri adlarına layiq görülüb.

2006, 2012, 2014 və 2015-ci ildə Prezident Mükafatına, 2016-cı il mayın 6-da Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Leyla Əliyeva xalq artistini təbrik etdi -  Foto