Leyla Əliyevadan qardaşına təbrik

Heydər Əliyev Fondunun Prezidenti Leyla Əliyeva qardaşı Heydər Əliyevi doğum günü münasibətilə təbrik edib.

XALQ.AZ xəbər verir ki, o, bu barədə İnstaqramda fotolar paylaşıb və yazıb:

“Sevimli, xeyirxah, nurlu, ağıllı və layiqli qardaşım Heydəri ad günü münasibəti ilə təbrik edirəm! Qoy bütün arzuların yerinə yetsin! Hər şeyə görə sənə minnətdaram! Allah hamıya can sağlığı versin, sevgi, sülh, əmin-amanlıq və xeyirli günlər qismət etsin!”.

Qeyd edək ki, Heydər Əliyev 1997-ci ildə Bakıda anadan olub. O, ADA universitetinin məzunudur.

 

Orxan