Leyla Əliyevanın oğlu musiqi festivalında çıxış edəcək-Foto

XALQ.AZ xəbər verir ki, fevralın 16-da Bakıda II “Zima” uşaq estrada mahnıları festivalı baş tutacaq.
Heydər Əliyev Sarayında keçiriləcək tədbirdə iştirak edəcək uşaqların adları açıqlanıb.
Onlar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və xalq artisti Emin Ağalarovun oğlu da var. 10 yaşlı Əli Ağalarovun adı festivalın rəsmi instaqram səhifəsində qeyd olunub.
Qeyd edək ki, “Zima” müsabiqə deyil, beynəlxalq mahnı festivalı olduğundan qalib elan olunmayacaq – hər iştirakçı festivalın diplomuna layiq görüləcək. (qafqazinfo)

 

 

Orxan