Leyla İmanova işdən çıxarıldı – Qərar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub.

XALQ.AZ xəbər verir ki, bu barədə AMEA-nın Rəyasət Heyətinin iclasında qərar verilib.

Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq qurumun direktor müavini Elnur Hüseynova həvalə edilib.