“Lider” TV-nin yayımı dayandırıldı

Azərbaycanda “Lider” telekanalının yayımı dayandırılıb.

XALQ.AZ-ın məlumatına görə, bir az öncə telekanal fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı təfərrüatlar hələlik bəlli deyil.

Qeyd edək ki, “Lider” telekanalı 2000-ci ildən fəaliyyət göstərirdi. Kanalın rəhbəri Ədalət Əliyevdir.

***

Saat 22:01-də “Gecənin sehri” adlı veriliş başlayarkən telekanalın efiri dayandırılıb.

XALQ.AZ