Lisenziyaya görə dövlət rüsumu alınmayacaq

Dövlət məktəbəqədər təhsil müəssisələri və dövlət ümumi təhsil müəssisələrinə lisenziya verilməsinə görə dövlət rüsumu alınmayacaq.

XALQ.AZ xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər bu gün Milli Məclisin (MM) İqtisadiyyat siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 7-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Hazırda qüvvədə olan qanun layihəsinə görə, məktəbəqədər təhsil müəssisələri lisenziya verilməsinə görə 1250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) isə 10000 manat dövlət rüsumu ödəməlidirlər.

Qanun layihəsi müzakirələr açılmadan MM-in plenar iclasına tövsiyə edilib.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.