Litvanın Xüsusi İstintaq Xidmətinin baş direktoru Milli Məclisdə olub

Azərbaycanda səfərdə olan Litvanın Xüsusi İstintaq Xidmətinin baş direktoru Zidrinas Bartkusun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.

XALQ.AZ xəbər verir ki, görüşdə Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə həyata keçirilən islahatlar, korrupsiyaya qarşı mübarizə istiqamətində görülən tədbirlər barədə məlumat verib. O diqqətə çatdırıb ki, parlament müvafiq sahədə çoxsaylı hüquqi sənədlər qəbul edib. Ardıcıl tədbirlər həyata keçirilir, hazırda yeni milli strategiya işlənilir.

Qonaq Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahədə uğurlu iş qurulduğunu və yaxşı təcrübə əldə edildiyini deyib. Bildirib ki, Litvaya qayıtdıqdan sonra onlar bəzi təcrübələrdən istifadə edəcəklər.