LOBBİ.az saytının 1 yaşı tamam oldu

“Bütün diaspor təşkilatlarını əməkdaşlığa çağırırıq”

XALQ.AZ xəbər verir ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının diaspor sahəsində ərsəyə gıtirdiyi LOBBİ.az saytının 1 gaşı tamam olub.

Bu barədə saytımıza ASGA sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib: “Bizim təşkilatın əsas strateji istiqamətlərindən biri də diaspor fəaliyyəti ilə bağlıdır. Bizim Rusiyada, Ukraynada, Polşada, Belaruada nümayəndəliklərimiz var. Yaxın aylarda digər Slavyan ölkələrində də nümayəndəliklər açmağı düşünürük. Neçə ildir ki, biz lobbi sahəsində innovativ layihə həyata keçirməyi düşünürdük. Bu sayt qısa zaman kəsiyində dünyadakı Azərbaycan lobbisi üçün unikal informasiya mərkəzinə çevrildi. Mən, eyni zamanda, xaricdə yaşayan, diaspor fəaliyyəti ilə məşğul olan şəxsləri və qurumları əməkdaşkığa dəvət edirəm. Saytımıza tədbirlərinizi, layihələrinizi, göndərin ictimailəşdirək. Yaxın günlərdə pandemiya ilə əlaqədar olaraq ‘qaynar xətt’ də yaratmağı düşünürük”

Məlumat üçün qeyd edək ki, sayt Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasıın (ASGA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “www.lobbi.az informasiya portalının hazırlanması” 2 aylıq layihəsi çərçivəsində hazırlanmışdı.