Londonda Azərbaycan məktəbi açılır

Londonda Azərbaycan dilində tədris verən “Bilik” məktəbi fəaliyyətə başlayacaq. 

XALQ.AZ xəbər verir ki, “Bilik” məktəbinin əsas məqsədi Vətəndən uzaq olan həmvətənlərimizə dəstək olmaq, Azərbaycan dilini, mədəniyyətini və adət-ənənələrini aşılamaqdır. 

Qeyd edək ki, “Bilik” məktəbi Londonda fəaliyyət göstərən “Znaniye” əlavə təhsil məktəblərinin birgə təşəbbüsü ilə yaradılıb. Məktəbin açılışı 6 oktyabrda olacaq. 4 yaşından etibarən uşaqlar məktəbə yazıla biləcək. Dərslər həftənin bazar günü keçiriləcək.