Lukaşenko çıxılmaz vəziyyətdə

Belarusun paytaxtı Minskdə yenidən etiraz mitinqləri keçirilir.

XALQ.AZ xəbər verir ki, insanlar Pobeditel prospektində “Minsk – qəhrəman şəhər” stelinin qarşısında toplaşıblar.

Şahidlərin sözlərinə görə, hazırda minlərlə etirazçı meydanda işirak edirlər.

Belarusiya mətbuatına istinadən XALQ.AZ xəbər verir ki, aksiyaya 200 mindən çox insan toplaşıb.

Qeyd edək ki, bundan əvvəl Minskdə Müstəqillik meydanında Aleksandr Lukaşenkoya dəstək mitinqi keçirilib, Belarus Prezidenti çıxış edib. Rəsmi məlumatlara görə, orada 65 min nəfər olub. Ölkə sakinləri iddia edirlər ki, dövlət işçiləri kütləvi çağırışlar ediblər və işdən azad olunmaq təhlükəsi ilə hökumətyönlü mitinqdə iştirak etməyə məcbur olublar.

Bir həftədir ki, Belarusda etirazlar davam edir. Vətəndaşlar prezident seçkilərinin rəsmi nəticələrinə inanmırlar. Nəticələrə əsasən, Lukaşenko 80 faizdən çox, müxalifətdən olan namizəd Svetlana Tixanovskaya isə 10,1 faiz səs toplayıb. Ölkədə ən böyük sənaye müəssisələrindən minlərlə işçi etirazçıların tələblərini dəstəkləmək üçün tətilə çıxıb. Dövlət mediasının işçiləri və rəsmiləri də işdən qovulur.

This image has an empty alt attribute; its file name is 335997_src.jpg

This image has an empty alt attribute; its file name is 335996_src.jpg

XALQ.AZ