Lukaşenko Ermənistanı alçaltdı

 

52

“Belarus və Azərbaycanın arasında qapalı mövzu yoxdur”.

Ermənistanın Gömrük İttifaqına (Gİ) qəbul edilməsi məsələsində Azərbaycanın da rəyini nəzərə almaq lazımdır.

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko MDB ölkələrinin KİV rəhbərləri ilə görüşdə bəyan edib, Xalq.az Oxu.Az-a istinadən xəbər verir.

“Ermənistanın Azərbaycanla bir həll olunmamış ərazi məsələsi var. Deməli, Azərbaycan tərəfdən suallar olacaq. Mən belə başa düşdüm ki, İlham Əliyev bu sualları artıq qazaxıstanlı həmkarına verib. Biz Azərbaycanın rəyi ilə hesablaşmalıyıq” – deyə, Lukaşenko bildirib, “Mir” telekanalı xəbər verir.

Belarus prezidenti qeyd edib ki, Avropada belə ərazi problemləri olan dövlətləri öz tərkibinə qəbul etməyə o qədər də can atmırlar. Onun sözlərinə görə, Belarusun Ermənistanın da daxil olduğu KTMT-yə üzv olmasına baxmayaraq, Minsk Bakı ilə hərbi-texniki əməkdaşlıq da qurur:

“Azərbaycan bizim ən yeni silahlarımızı alır. Mən bununla demək istəyirəm ki, Belarus və Azərbaycan arasında bağlı mövzu yoxdur”.

www.oxu.az