Lukaşenko gümrahlığının sirrini açdı

XALQ,AZ xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərlə keçirdiyi görüşdə, gümrah formada qalmaq üçün saxladığı pəhriz barəsində söz açıb.

“Səhər tezdən üç yumurta, nahara ət , axşama balıq, ürəyin nə qədər istəyir. Kəskin zülallı pəhriz”,- deyə Belarus lideri vurğulayıb.

O, sadəcə yeməkləri az miqdarda qəbul etdiyini vurğulayıb. Lukaşenko bildirib ki, gündəlik iki saat idmana sərf etməsən, bu pəhrizin heç bir faydası olmaz.