Lukaşenko İlham Əliyevə başsağlığı verdi

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı başsağlığı verib.

XALQ.AZ Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Belarus prezidentinin saytı məlumat yayıb.

“Belarus Respublikasında Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən və insan ölümləri ilə faciəvi yanğın xəbərini dərin kədərlə qəbul etdilər”, – deyə məlumatda bildirilir.

Belarus prezidenti yanğın nəticəsində xəsarət alanlara şəfa diləyib.

Qeyd edək ki, ötən gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub.

RƏSUL