Lukaşenkoya Prezident sertifikatını təqdim edildi-Video

Aleksandr Lukaşenko bu gün 6-cı dəfə prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə hazırda gizli inauqurasiya mərasimi keçirir.

XALQ.AZ xəbər verir ki, bu barədə “Tut.by” informasiya portalı məlumat verib. Bildirilib ki, hazırda Minskdəki İstiqlal Sarayında keçirilən tədbirin tarixi son ana qədər gizli saxlanılıb.

Lukaşenko sağ əlini Konstitusiyaya qoyaraq Belarus dilində and içib və andiçmə aktını imzalayıb. Daha sonra isə Belarus Seçki və Respublika Referendumlarının Keçirilməsi üzrə Mərkəzi Komissiyasının sədri Lidiya Yermoşina A.Lukaşenkoya Belarus Prezidentinin sertifikatını təqdim edib.

Lukaşenko gizli inauqurasiya mərasimi keçirir

XALQ.AZ