“Lukoyl” SOCAR-la bu gün müqavilə imzalayacaq

“Lukoyl” bu gün Azərbaycanın iki dəniz blokuyla bağlı SOCAR-la müqavilə imzalamağı planlaşdırır.

XALQ.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Lukoyl”un prezidenti Vahid Ələkbərov deyib.

“Biz bəzi layihələri müzakirə edirik. Bu, Naxçıvan bloku və Abşeronun şimalında keçid zonasıdır. Bizim geoloqlar onları perspektivli sayır. Bu gün SOCAR-la tədqiqatla bağlı danışıqlar aparacağıq”, – deyə o bildirib.