Çılpaq qadın mərkəzi küçədə tıxac yaratdı-Video

Çılpaq qadın Kiyevin mərkəzində böyük tıxac yaradıb.

XALQ.AZ xəbər verir ki, Tamamilə çılpaq olan qadın Kiyev şəhərinin Yelena Teliqa küçəsində yolun ortasında uzanıb.

Sürücülər tərəfindən deyilən “Başın xarab olub?”, “Dur yoldan, axmaq!” kimi ifadələrin heç bir xeyri olmayıb.

Simvolikdir, qadının uzandığı yer, Kirillovski kilsəsinin qarşısında – Pavlov adına Kiyev psixiatrik xəstəxanasının yanıdır.

Şahidlərin sözlərinə görə, avtomobil sürücüləri səbəbkarı xeyli danlayandan sonra polis çağırmağa məcbur olublar. Nəticədə hadisə yerinə həm də həkimlər gəlib.

 

 

Orxan