Mədəniyyət komitəsində yeni İşçi Qrup yaradılır

ax 2019 05 17 qenire pashayeva

Milli Məclisin Mədəniyyət komitəsində “Kinematoqrafiya haqqında” qanun layihəsinin üzərində çalışmaq üçün İşçi Qrup yaradılacaq.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Qənirə Paşayeva deyib.

O bildirib ki, bu sahədə problemlər mövcuddur:

“Mədəniyyət Nazirliyinin hazırlanacaq yeni strategiyasında da bu sahəyə yer veriləcək. Yaradılan işçi qrup vasitəsilə bu qanun layihəsi daha da təkmilləşdiriləcək və payız sessiyası çərçivəsində qəbul ediləcək”.