Məktəblərdə yenilik

Məktəblər yekun qiymətləndirmə sadəcə summativ qiymətləndirmələrin sayının artıb-azalması ilə bağlı deyil. Qiymətləndirmədə 100 bal şkalası tətbiq ediləcək.

XALQ.AZ xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırovun “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün qiymətləndirmələr, əməliyyatlar məhz 100 bal üzrə hesablanacaq.

“Valideynlər, cəmiyyət ənənəvi qiymətləndirməyə alışdığından yeni qiymətləndirmə ənənəvi “2”, “3”, “5” qiymətləndirməsinə də uyğunlaşdırılacaq. Məktəb jurnallarında bir sütunda bal, digər sütunda isə qiymət yazılacaq. 0-30 bal “2”, 30-60 bal “3”, 60-80 bal “4” və 80-100 bal isə “5”-dir. Şagirdlərin illik yekun qiyməti məhz onun il ərzində topladığı ballar əsasında çıxarılacaq”.

Onun sözlərinə görə, yarımillik və illik qiymətləndirmədə summativ qiymətləndirmələrin xüsusi payı olduğu kimi qalır.

“Belə ki, kiçik summativ qiymətləndirmənin payı 40, böyük summativ qiymətləndirmənin payı isə 60 faiz təşkil edir. Böyük summativ qiymətləndirmə aparılmayan siniflərdə yarımillik qiymətlər kiçik summativ qiymətləndirmələrin ədədi ortası kimi müəyyənləşdiriləcək və jurnala qeyd ediləcək.

Beləliklə, humanist, demokratikləşmə ruhunda olan yeni qiymətləndirmə hər bir təhsil müəssisəsinə geniş imkanlar yaradacaq, sərbəstlik verəcək. Eyni zamanda, müəllimin və şagirdin yükünün azalmasına xidmət edəcək, tədrisə rahatlıq gətirəcək”.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.