Məktəblilər Beynəlxalq Sülh Gününü qeyd ediblər

Prezident yanında Bilik Fondunun Samux rayonu üzrə nümayəndəsinin təşəbbüsü ilə Rayon Təhsil Şöbəsi şəhərin 3 saylı tam orta məktəbində müəllim və şagird kollektivinin iştirakı ilə 21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə “Qoy həmişə sülh olsun!” şüarı altında “dəyirmi masa” təşkil edib.

XALQ.AZ xəbər verir ki, Bilik Fondundan  verilən məlumata görə, görüşü açan fondun yerli nümayəndəsi Nuridə Həsənova Beynəlxalq Sülh Günü barədə görüş iştirakçılarına məlumat verib. Qeyd edilib ki, Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından 24 il keçir. Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin heç birinə əməl etmir və ermənilər tərəfindən mütəmadi olaraq atəşkəsin pozulması halları yaşanır. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev münaqişənin sülh yolu ilə həlli istiqamətində əməli işlər görür.

Təhsil şöbəsinin əməkdaşları və məktəbin müəllimləri də çıxışlarında Azərbaycanın dünyada sülhpərvər ölkə kimi tanındığını faktlarla diqqətə çatdırıblar.

Sonda şagirdlərin hazırladıqları bədii kompozisiya nümayiş olunub.

 

 

Orxan