Məleykə Abbaszadə qəbul keçirəcək

Qəbul Xızı rayonunda olacaq

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Xızı rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Sumqayıt, Abşeron, Xızı, Siyəzən şəhər-rayon sakinləri və bu rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan, Şuşadan olan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

XALQ.AZ xəbər verir ki, qəbul noyabrın 16-da, saat 11.00-da Xızı rayonu H.Əliyev Mərkəzində (ünvan: H.Əliyev prospekti) keçiriləcəkdir. Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Xaçmaz Regional Bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qəbula yazılmaq istəyənlər üçün yuxarıda göstərilən rayonların Təhsil şöbələrində 7-15 noyabr 2018-ci il tarixlərində (şənbə, bazar və qeyri-iş günləri istisna olmaqla) saat 10.00-dan – 17.00-dək qeydiyyat aparılacaq.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 

 

Orxan