Məleykə Abbaszadə qəbul keçirəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

XALQ.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Gəncə şəhərində keçiriləcək qəbulda Gəncə şəhər, Göygöl, Samux, Daşkəsən, Gədəbəy rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul 6 dekabr, saat 10:00-da Gəncə şəhər H.Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Gəncə regional bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, Göygöl, Samux, Daşkəsən və Gədəbəy rayon Təhsil Şöbələrində 29 noyabr – 5 dekabr 2018-ci il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan- 17:00-dək qeydiyyat aparılacaq.

 

Orxan