Məmmədyarov-Layçak görüşü başlayıb

Bakıda xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak arasında görüşü başlayıb.

XALQ.AZ xəbər verir ki,  görüş zamanı Azərbaycan və ATƏT əməkdaşlığının inkişafı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Azərbaycandan sonra Ermənistana səfər edəcək.

 

 

Orxan