Məmmədyarov Mnatsakanyanla görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov vəZöhrab Mnatsakanyanın növbəti görüşü bu ilin sonuna planlaşdırılır.

XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, cari ilin 26 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə baş tutan görüşündən sonra həmsədrlər tərəfindən verilmiş açıqlamada da qeyd edildiyi kimi, həmsədrlərin yaxın zamanda bölgəyə səfərinin həyata keçirilməsi və cari ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün keçirilməsi nəzərdə tutulur.

Görüşün detalları diplomatik kanallar vasitəsilə razılaşdırılır.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.