Məmmədyarov yeni səfiri qəbul etdi

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Milan Ekerti ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik edib.

XALQ.AZ xəbər verir ki, Milan Ekert etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında ənənəvi dostluq münasibələrinin inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb. O, Azərbaycanın regionda Çex Respublikasının strateji və etibarlı tərəfdaşı olduğunu vurğulayıb.

Görüş əsnasında Azərbaycan ilə Çexiya arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib. Ölkələrimiz arasında iqtisadi-ticarət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensilaın mövcud olduğu qeyd edilib. Həmçinin, fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yol xəttinin ikitərəfli ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Nazir Elmar Məmmədyarov Səfir Milan Ekertə fəaliyyətində uğurlar arzu edib.

 

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.