Mənim də ailəm rayonlara getmək istəyir

1595253068 movsum

“Mənə deyirlər ki, Bakıdan rayonlara yol açılsa gedib evdə oturacaqlar. Bu, mümkün deyil”.

XALQ.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov brifinqdə deyib.

O qeyd edib ki, istənilən halda rayona getmək riski artırır: “Mənim də ailəm istəyir ki, rayonlara gedək. Vəziyyəti nəzarət altına alan kimi ən birinci Bakıdan rayonlara gedişi açacağıq”.