Mərkəzi Neftçilər Xəstəxanasına 900 xəstə qəbul olunub – RƏSMİ

2020 06 11 23 46 53To0zsqlHwEFuC1hY9hwP file

Bu günə qədər Mərkəzi Neftçilər Xəstəxanasına 900 xəstə qəbul olunub.

XALQ.AZ-ın məlumatına görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov bu gün operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində deyib.

O bildirib ki, martın 23-dən etibarən Mərkəzi Neftçilər Xəstəxanasında 900-ə yaxın xəstə qəbul edilib:

“Bütün xəstələrin müalicəsi yüksək səviyyədə aparılıb və onlar zəruri olan dərman preparatları ilə təchiz edilib”.