“Ən inkişaf etmiş ölkələrin səhiyyə sistemi növbəti dalğalara tab gətirməsi sual altındadır”

dba922d4 714f 4ba9 b94c 1dc76d98590e

“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutacaq BMT Baş Assambleyasının Xüsusi sessiyası qlobal təhdidlərin həlli istiqamətində  atılan mühüm addımdır. Ümidvarıq ki, BMT  Xüsusi sessiyanı keçirməklə İkinci Dünya Müharibəsindən sonra ən böyük təhlükə ilə üz-üzə qalan qlobal pandemiyanın həlli istiqamətində  təşəbbüsü ələ alaraq ciddi addımlar atacaq”. 

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

Deputat bildirib ki, BMT özünün prosedur qaydalarının girovuna çevrilərək belə bir ciddi qlobal problemin həllindən kənarda qalmamalıdır. “Belə qlobal təhdidi Ümumdünya Səhiyyə Təşkilaıtnın öhdəsinə buraxmaq olmaz. Çünki burada təkcə insanların sağlamlığı məsələsi deyil, burada siyasi, iqtisadi, sosial və digər  bu kimi ciddi  həllini gözləyən ciddi məsələlər var. Dünya birliyi Azərbaycan Prezidentinin  qlobal təhdidin həlli istiqamətində beynəlxalq həmrəyiliyin yaradılaraq ciddi tədbirlər görməsi istiqamətindəki təşəbbüsünü dəstəkləyib. Onun reallaşması üçün səy göstərirlər. Belə olan şəraitdə BMT özünə qapanmadan prosesdən kənarda qalmamalı  məsələyə çevik reaksiya göstərib, Xüsusi sessiyanın qısa zaman ərzində keçirilməsinə nail olmalıdır. Zaman gözləmir.  Gündə on minlərlə insan virusa yoluxur. Artıq dünyanın ən inkişaf etmiş ölkələrinin səhiyyə sistemi belə növbəti dalğalara tab gətirməsi sual altındadır”- deputat qeyd edib.

Millət vəkili əlavə edib ki,  artıq payızda virusun ikinci dalğasının gözləniləcəyi deyilir: “Belə olan halda BMT  ən qısa zamanda   dünya birliyinin səylərini bu istiqamətdə birləşdirməli, həlli yollarını aramalıdır.  Əks təqdirdə daha ciddi  gözləmədiyimiz fəlakətlərlə üz-üzə qala bilər. Odur ki, BMT Baş Assambleyası ən azında belə bir təşəbbüslə çıxış edən Azərbaycanın və onu dəstəkləyən dövlətlərin səsinə səs verməli, əməli işlər görməlidir”. 

Deputat onu da bildirib ki, Azərbaycan Prezidenti hətta Xüsusi sessiyanın keçirilməsində təşkilatı  və bəzi texniki işləri görməkdə BMT-yə yardımçı olacağını açıqca bəyan edib. “Bu bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanı təhdid qlobal problemin həllinə nə qədər ciddi  yanaşdığının, bunun hansı fəlakətlərə yol açacağınından narahatçılığının göstəricisidir. Yəni dünyanı ciddi təhdid altında qoyan belə bir bəlaya qarşı BMT kimi ən mötəbər təşkilatlar və dünyanın ən inkişaf etmiş ölkələri  təşəbbüs etməli olduğu halda, məsələyə biganə yanaşma müşahidə olunmaqdadır. Ancaq Azərbaycan Prezidenti pandemiyanın başladığı ilk gündən  təkcə dünya insanlarının həyatını  deyil, iqtisadiyyatını, sosial vəziyyətini təhlükə altında  qoyub, humanitar fəlakətə sürükləyən bir bəlanın həlli istiqamətində ciddi səylər göstərməkdədir. Çünki  pandemiyanın dünya düzəninə gətirdiyi dəyişikliklər qaçılmazdır. Belə bir məsuliyyətli məqamda cənab Prezident İlham Əliyevin zamanında irəliyə sürdüyü təşəbbüs vəziyyətin idarə olunması üçün imkanlar yaradır. Həmin təşəbbüs BMT tərəfindən reallaşdırılmalı və qısa zamanda pandemiyaya qarşı beynəlxalq həmrəylik və əməkdaşlıq formalaşdırılmalıdır. Təsadüfi deyil ki, belə müzakirələrin vacibliyini anlayaraq 130-dan çox ölkə Azərbaycan liderinin konstruktiv təşəbbüsünü dəstəkləyib. Dünya dövlətləri də hesab edirlər ki, ancaq Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüsə əsasən beynəlxalq həmryəlik və təşəbbüs nəticəsində belə qlobal təhdidin qarşısını almaq olar”.