Məscidlərimizdə bayram namazı qılındı

Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınır.
Bayram namazı “Təzə pir ” məscidində, saat 09.00-da başlanıb.
Xalq.az-ın məlumatına görə, bayramı namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınır.
Qeyd edək ki, bundan əvvəl isə “Əjdərbəy” məscidində bayram namazı qılınıb.
Xatırladaq ki, QMİ Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə mayın 6-da başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimlə iyunun 5-nə təsadüf edir