Məşhur aktyor koronavirusdan sağaldı

korona 4

Hindistanlı aktyor və Bollivud ulduzu Amitabx Baççan koronavirusdan sağalıb və evə buraxılıb.

Məşhur hind aktyoru Amitabx Baççan koronavirusa yoluxub | No Comment


XALQ.AZ   xəbər verir ki, bununla bağlı onun kiçik oğlu Abxişek Baççan “Twitter” hesabında məlumat yayıb.

O, özünün isə hələlik müalicəsinin davam etdiyini və xəstəxanada qaldığını bildirib.

Qeyd edək ki, Abxişek Baççanın həyat yoldaşı, aktrisa və model Ayşvariya Ray və qızı Aradxya bir neçə gün öncə koronavirusdan sağalıb.