Məşhur aktyorun yaxtası batdı

Yaxta

Türkiyənin tanınmış aktyoru, “Kurtlar Vadisi Pusu” serialında Ünsal, “Karagül” serialında Kendal obrazı ilə tamaşaçıların yadında qalan Mesut Akusta xoşagəlməz hadisə ilə üzləşib.

XALQ.AZ-ın xəbərinə görə, Akustanın 40 000 lirəyə aldığı kiçik yaxta aktyor istifadə etməyə fürsət tapmadan batıb.

Mesut Akusta yaxtanın fırtına səbəbindən batdığını deyib:

“Kirvəmlə yaxta alaq dedik. Adını da Kendal qoyduq. Suya endirdiyimiz günün gecəsi dənizdə fırtına baş verdi və yaxta batdı. Bundan sonra isə həvəsimiz öldü”.