Məşhur model öldürüldü-Foto

İŞİD terror qruplaşması tərəfindən hədələnən iraqlı model Tara Fares Bağdadda qətlə yetirilib.

 

XALQ.AZ  xəbər verir ki, 22 yaşlı model silahlı hücum nəticəsində öldürülüb.

Taranın atası iraqlı, anası isə livanlı olub. 1 uşaq anası olan model əvvəllər də İŞİD qruplaşmasının təhdidlərinə məruz qalmışdı. Bu səbəbdən də Tara Bağdadı tərk edərək Ərbil şəhərinə köçmüşdü.

Velosiped sürərkən silahlı hücuma məruz qalan model xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.