Mətanət Əsədovanın yalanı üzə çıxdı – Video

Mətanət Əsədovanın yalanı üzə çıxıb.

XALQ.AZ  xəbər verir ki, bir neçə gün öncə açıqlama verən müğənni, Mətanət İsgəndərlini arxasınca danışmaqda günahlandıraraq, onu həyatından sildiyini bildirmişdi.

Dünən paytaxt restoranlarının birində əməkdar artist Mətanət İsgəndərli nəvəsinin ad gününü qeyd edib. Şou- biznes əhlinin qatıldığı məclis maraqlı, əyləncəli anları ilə yadda qalıb.

Ancaq məclisin ən yadda qalan məqamı Mətanət Əsədovanın məclisdə cənfəşanlıqla iştirak etməsi olub.

Sözsüz ki, burada qeyri-adi bir hadisə yoxdur. Ancaq keçmiş rəfiqəsindən inciməyi ilə bir-neçə gün gündəmi zəbt edən Əsədovanın açıqlaması yada düşəndə bu hadisə əndrəbadi şəkilə düşür. Sonda bu nəticəyə gəlmək olar ki, Mətanət Əsədova reytinq yığmaq, gündəmdə qalmaq xətrinə bu cür açıqlamalar verir.

Nə deyək, Allah mehriban etsin.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.