Mətbuat Şurası jurnalistləri bir araya topladı

Konfransda ictimaiyyət nümayəndələri və dövlət rəsmiləri də iştirak edirlər

Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşəbbüsü ilə 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilir.

XALQ.AZ xəbər verir ki, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Ümumdünya Mətbuat Azadlığı Gününün tarixi və mahiyyəti barədə danışıb.

Onun sözlərinə görə, Azərbaycan da bu günü 1993-cu ildən etibarən qeyd edir. Bu gün Azərbaycanda və dünyada söz və ifadə azadlığı sahəsindəki vəziyyət, bu müstəvidə nəzərəçarpan meyllər müzakirə olunur.

Tədbirdə 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd edilməsini zəruriləşdirən məqamlar barədə söhbət açılıb.

Qeyd edək ki, Konfransda kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və dövlət rəsmiləri iştirak edirlər.

 

Orxan