Mətbuat Şurası seçki günü monitorinq aparacaq

 

09

Oktyabrın 9-da prezident seçkisi ilə əlaqədar olaraq Azərbaycan Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək. Səsverməyə start verildiyi andan Şuranın (012) 441 35 96 və (055) 201 99 26 telefon nömrələri “qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Məqsəd seçki prosesini işıqlandıracaq jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə dəstək olmaq, mövcud istiqamətdə yarana biləcək problemlərin operativ aradan qaldırılmasını təmin etməkdir.