Məzahir Əfəndiyev: “BMT-nin toplantısının əsas məsələsi Qətnamələrini yerinə yetirilməsidir”

MEZZ

Bu gün BMT Təhlükəsizlik Şurası nəhayət ki, 30 illik susqunluqdan sonra Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı təcili toplanır. Toplantının əsas məsələsi BMT-nin 1993-cü ildə münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsi və onun tələblərinə uyğun bütün işğal olunmuş torpaqlarımızdan Ermənistan Silahlı Qüvvələrinin qeyd-şərtsiz çıxarılması olmalıdır. Milli Məclisin deputatı Məzahir Əfəndiyev XALQ.AZ- bildirib ki, BMT nizamnaməsinin 41-ci maddəsi sanksiyalar rejimini özündə ehtiva edir.
Hesab edirəm ki, BMT-nin müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar və səmərəli bir işlək orqana çevrilməsinin vaxtı çatıb. Çünki, Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına kölgə salmaqla BMT-nin nüfuzunu sarsıdır. Ona görə də BMT-nin qlobal səviyyədə rolunun və təsir imkanlarının gücləndirilməsinə, həmçinin müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanlarına xüsusi diqqət yetirilməlidir.
Azərbaycanın Şanlı Ordusu Qarabağda gedən qızğın döyüşlərdə torpaqlarımızı böyük hərbi üstünlüklə düşməndən təmizliyərək ərazi bütövlüyümüzü bərpa etməkdədir. Təəssüflər olsun ki, müharibənin qanunlarına uyğun insan itkiləri də baş verməkdədir. Xüsusilə də həlak olan bütün insanların məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin, şəxsən Paşinyanın üzərinə düşür. Ona görə də beynəlxalq hüquqa, habelə qəbul edilmiş qətnamələrə məhəl qoymayan, öz səriştəsiz və faşist prinsiplərinə əsaslanan Paşinyan beynəlxalq hərbi tribunala cəlb olunmalıdır.
ATƏT-in həmsədr ölkələrinə çağırış edirəm və bundan sonra baş verəcək insan tələfatına son qoyulması üçün Rusiya, Fransa və ABŞ-ı Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi üçün səsləyirəm.