Məzunlara fərqlənmə attestatları təqdim olundu

imisli

İmişlidə ümumi təhsil məktəblərinin tam və ümumi orta təhsil səviyyələrini bitirən məzunlara fərqlənmə attestatları təqdim olunub.

XALQ.AZ  xəbər verir ki, mərasimdə rayon təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, valideyn və məzunlar iştirak edib.

Məzunlara fərqlənmə attestatlarının təqdim olunması mərasimində çıxış edən İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev fərqlənən məzunları təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşı olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.

Qeyd olunub ki, İmişli rayon ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 1092, tam orta təhsil səviyyəsi üzrə isə 887 nəfər bitirib. Onlardan ümumi orta təhsil səviyyəsi üzrə 4 və tam orta təhsil səviyyəsi üzrə isə 9 nəfər fərqlənmə attestatı alıb.

Fərqlənmə attestatlarını qəbul edən məzunlar ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, vətənin layiqli vətəndaşları olmaq üçün bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.

 

Orxan