Mədəniyyət Nazirliyindən jurnalistlərə hörmətsizlik

Xəbər verdiyimiz kimi, iyunun 30-da Heydər Əliyev Mərkəzində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib. 

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verən tədbirdə azərbaycanlı jurnalistlərə hörmətsizlik edilib.

Belə ki, tədbirin təşkilatçısı Mədəniyyət Nazirliyi yerli jurnalistləri qonaqların şərəfinə verilən ziyafətə buraxmayıb. Azərbaycanlı jurnalistlərə nahar yeməyinin yalnız xarici qonaqlar üçün nəzərdə tutulduğu deyilib. Bundan sonra, media nümayəndələrinə öz vəsaitləri hesabına nahar yeməyi təklif edilib. Narazı jurnalistlər öz etirazlarını bildirdikdən sonra, təşkilatçılar məsələyə özlərinə uyğun “çıxış yolu” tapıblar. Belə ki, tədbir düzənlənən binanın zirzəmisində azərbaycanlı jurnalistlərə “payok” şəklində yemək verilib.

Həmin tədbirdən görüntüləri sizlərə təqdim edirik (demokrat.az):

Mədəniyyət Nazirliyindən jurnalistlərə
Mədəniyyət Nazirliyindən jurnalistlərə
Mədəniyyət Nazirliyindən jurnalistlərə
Mədəniyyət Nazirliyindən jurnalistlərə
Mədəniyyət Nazirliyindən jurnalistlərə