Mədət Quliyev şöbə müdirini işdən çıxarıb

Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi olub.

XALQ.AZ xəbər verir ki,  nazir Mədət Quliyevin əmri ilə MSN-in Beynəlxalq hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Rəmzi Şükürov bu vəzifəyə bir neçə il öncə sabiq nazir Yavər Camalovun dövründə təyin olunmuşdu.

 

Orxan