Mədət Quliyevdən ibrətamiz addım

 

madat_guliyev5654

Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə dövlət tərəfindən növbəti qayğı göstərilib.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Milli Qəhrəmanın qardaşı Beydulla Qurbanovu təmsil etdiyi qurumda işlə təmin edib. B. Qurbanov Azərbaycan Texniki Universitetində qiyabi təhsil alır.

Xatırladaq ki, ölkə prezidenti tərəfindən Milli Qəhrəmanın ailəsinə Bakının Xətai rayonunda mənzil də verilib.

Məlumatı DTX-dan “Qafqazinfo”ya təsdiqləyiblər.