Məhərəəm Quliyev növbəti görüç keçirib

 

58

Köçəsgər kəndində növbəti səyyar qəbul-görüş

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Köçəsgər kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Köçəsgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şöhrət Məmmədov Köçəsgər kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Nəriman Mehdiyev yüksək ğərginlikli Köçəsgər hava elektrik xəttinin Eynallı hava xəttindən ayrılması barədə danışdı.
2. Arzu Əlləzov kəndin ətrafandakı məişət tullantılarının yiğilaraq daşınmasının təmin edilməsini xahiş etdi.
3. Zərqələm Əhmədova Köçəsgər kənd 1 saylı tam orta məktəbin yaxınlığında, gediş-gəliş yoluna maneə törədən elektrik dayağının yerinin dəyişdirilməsinə ehtiyac olduğunu qeyd etdi.
4. Mətləb Əsgərov İnzibati idarə binasının giriş hissəsində təmir işlərinin aparılmasının vacibliyindən danışdı.
5. Ramiz Babyev təsərrüfat mövsümündə suvarma su problemi haqqında danışdı.
6. Fərman Muxtarov Həsənsu çayından kəndə gələn suvarma ana arxının təmizlənməsinə ehtiyac olduğunu qeyd etdi.
7. Vəli Novruzov (şəhid atası) Şəhidin qəbirüstü abidəsinin yenidən qurulmasını xahiş etdi.
8. Şölə Hacıyeva Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksinin təmir edilməsi və ətrafının abadlaşdırılmasını təklif etdi.
9. Vaqif Murğuzov yeni məhəlləyə təbii qaz xəttinin çəkilməsinin vacibliyindən danışdı.
10. Tahir Qasımov ferma adlanan məhəllədə subartezian quyusunun təmir edilməsini təklif etdi.
11. Nazlı Tağıyeva Mərkəzi avtomobil yolundan Köçəsgər kənd 1 saylı tam orta məktəbinə qədər olan yola asfalt örtüyünün salınmasını təklif etdi.
12. Arif Həsənov Yeni məhəllədə yolun təmir edilməsini xahiş etdi.
13. Yemara Rəhimova Ağstafa-Köçəsgər avtomobil yolunun yenidən qurulmasına ehtiyac olduğunu vurğuladı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Köçəsgər kəndində müasir tipli 450 şagird yerlik tam orta məktəbi tikilərək istifadəyə verilmişdir. Növbəti ildə Ağstafa-Köçəsgər avtomobil yolunun yenidən qurulması nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.