Məhərrəm ayının başlama vaxtı açıqlandı

Məhərrəm ayı bu il sentyabrın 11-dən başlayacaq.

XALQ.AZ xəbər verir ki, bunu  açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“10 gündən sonra, yəni sentyabrın 20-də isə Aşura mərasimi olacaq”, – deyə M.Qurbanlı əlavə edib.

M.Qurbanlı bildirib ki, Məhərrəm ayı ilə əlaqədar komitənin tədbirlər planı icra olunacaq və bu plana uyğun olaraq görüşlər keçiriləcək, müzakirələr aparılacaq.

 

 

Orxan