Məhv olan Ağsu məktəbləri

Agsu
Ağsunun əksər məktəbləri neçə illərdi ki, bir nəfər də olsun tələbə adının qazana biləcək şagird yetişdirə bilmir

XALQ.AZ xəbər verir ki, Ağsuda təhsil sistemi çöküb. Bu barədə PİA.AZ-a Ağsudan daxil olan məlumatda bildirilir ki, Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyevin rayonda yaratdığı rüşvət və korrupsiya sistemi Ağsuda təhsil sistemini də məhv edib.
Ağsudan daxil olan məlumata əsasən sosial sıxıntılardan əziyyət çəkən rayon sakinlərinin nə halına yanan var nə də səsini eşidən. Dərdi olan rayon sakinləri aylarla icra başçısının qəbulunda ömürlərtini itirirlər. Rayon rəhbəri isə rayonda heç bir problemin olmadığını car çəkərək, rayona ayrılan vəsaitləri mənimsəməklə məşğuldurlar
Daxil olan şikayət məktubunda təhsillə bağlı problemlər daha çox qabardlılır. Belə ki, məlumata əsasən Agsu Təhsil Sobəsinin müdiri Tahir Xasiyev bir necə orta məktəblərə oz qohumlarını direktor təyin edib. Bu təyinatlar əsasən də Bico ve Kəchdiməz kənd orta məktəblərində həyata keçrilib.
Qeyd edək ki, Ağsu rayonunda qohumbazlıq rayonun ən böyük probleminə çerilib. Belə ki, mətbuatın da dəfələrlə yazdığı kimi Ağsunun icra başçısı Ənvər Seyidov rayondakı əsas vəzifələrə ancaq öz yaxın qohumlarını təyin edir. Hazırda rayondakı əksəriyyət vəzifələr ancaq icra başçısının yaxın qohumları arasında bölüşdürülüb. Görünür ki, Ağsu rayon təhsil şöbəsinin müdiri Tahir Xasiyev icra başçısından nüiunə götürür.
PİA.AZ-a daxil olan şikayətdə bildirilir ki, rayon məktəblərində muəllimlikdən xəbəri olmayanlar rüşvət verərək müəllim kimi fəaliyyət göstərirlər və şagirdlərə muxtəlif fənlərdən dərs deyirlər, daha doğrusu, dərs keçmirlər, uşaqlarla dağdan dərədən danışırlar. Həmin müəllimlərə artırılan dərs saatlarına görə pulu isə isə direktorlar alir və Tahir Xasıyevlə bölüsdürülür.
Məlumatlarda o da deyilir ki, elə məktəblər var ki, idman, hərbi hazırlıq, coğrafiyadan, riyaziyyat, tarix fənnlərini bu sahələrdən tamamilə xəbərsiz adamlar tədris edirlər.  Tahir Xasıyev Təhsil Nazirliyinə vakant yerlər barədə sorgu gondərmir ki, ixtisasli müəllimlər göndərilsin.
İddiaya əsasən xadimələr isə direktorların tovlələrini təmizləyir.
Direktorlar təhsil müdirinə arxalanib, rayon təhsilində bərbad vəziyyətin yaranmasına görə valideynlərin şikayətlərinə qarşı “yaxsi eləyirik” deyirlər. Şikayətdə o da qeyd olunur ki, bütün bunlardan başçı Ənvər Seyidəliyevin xəbəri var. Çünki valideynlər dəfələrlə vəziyyətlə bağlı icra başçısına şəxsən şikayət ediblər. Amaa Ənvər Seyüidəliyev çox saylı şikayətləri qulaqardına vuraraq vəziyyətə müdaxilə etmir. Çünki Tahir Xasıyevdən hər ay «haqqını» artıqlaması ilə aldığı iddia olunur.
Daxil olan məlumatda həmçinin qeyd olunur ki, hazırda cəmi 40 evdən ibarət olan Keçdiməz kəndində 5 milyon manat büdcəsi olan məktəb tikilir. Həmin məktbədə cəmi 32 şagird təhsil aldığı halda sənədlərdə 132 şagird göstərilir. Cəmi 40 evin olduğu kənddə 132 şagirdin olması doğurdan fantastik bir işdir. Qeyd olunur ki, Ağsunun iri kəndlərində məktəblər uçuq-sökük olduğu halda Tahir Xasıyev bu iri layihəni məhz 40 evlik kəndə saldırıb. Çünki məktəbin direktoru Tahir Xasıyevin əmisi oğludur və həmin şəxs bir müddət əvvəl uşaqlar işgəncə verdiyinə görə direktor vəzifəsindən alınsa da, Tahir Xasıyev onu qısa müddət sonra yenidən qanunsuz olaraq direktor təyin edib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…