Məktəbə tapança ilə gələn yeniyetmə tutulub

 

95

 

ABŞ-ın Tennesi ştatının Memfis şəhərinin polisi məktəbə tapança ilə gələn 15 yaşlı yeniyetməni həbs edib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, onun heybəsindəki silahı məktəbin qoruyucuları metaldetektorla müəyyənləşdirib. Tapança güllə ilə doldurulmasa da, patronlar çantada olub.

 

Yeniyetmə həddi-büluğa yetməyənlərin işi üzrə məhkəmə aparılıb. Orada ona məktəb ərazisinə silahla gəlmək maddəsi üzrə ittiham elan edilib.