Məktəb açılanda şagirdlər partada hansı qaydada əyləşəcək?

“Məktəblərdə açılan zaman tibbi sahəyə cavab verən şəxslərin tövsiyələri nəzərə alınacaq”.

XALQ.AZ-ın verdiyi xəbərə görə, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. 

O bildirib ki, Azərbaycan məktəblərində şagird sıxlığı müşahidə olunur: “Bizim şagirdlərin orta sıxlığı 20 nəfərdir. Bəzi məktəblərdə 30-40 şagirddir. Tədrisə başlanılan zaman şagirdlərin məsafəli əyləşməsi bu məktəblər arasında müzakirə olunmaqla həmin situasiyaya və şərtlərə uyğun qərar veriləcək”.